Modern.az

“YouTube”da Gənclər üçün Təhsil Mərkəzinin “GTM xəbərləri”

“YouTube”da Gənclər üçün Təhsil Mərkəzinin “GTM xəbərləri”

22 Oktyabr 2010, 11:51

Gənclər üçün Təhsil Mərkəzi öz xəbərlərinin ictimaiyyətə çatdırılmasında müasir informasiya-kommunikasiya texnologiyalarından və innovativ metodlardan istifadə etməkdə hər zaman maraqlıdır.

Buna görə də Mərkəz sürətlə inkişaf edən informasiya məkanında multimedia məzmuna malik məlumatların əhəmiyyətini nəzərə alaraq, məşhur video paylaşım saytı olan “YouTube”da “GTM TV”-nin və onun təqdimatında “GTM xəbərləri”nin yayılmasına başlayır.

“GTM TV” tərəfindən hazırlanan və növbəti həftədən işıqlandırılmağa başlanan xəbərlərdə Mərkəzin həftəlik yenilikləri, gördüyü işlər, elanları və digər məlumatları yer alacaq. Bununla yanaşı “GTM TV”də Mərkəzin fəaliyyəti ilə bağlı digər video görüntüləri də izləmək mümkün olacaq.

Mərkəzdən Modern.az-a bildirilib ki, xəbərlər hər həftə istifadəçilərin ixtiyarına veriləcək. Mərkəzin “YouTube” kanalına birbaşa aşağıdakı ünvandan daxil olmaq mümkündür: 

//www.youtube.com/ECYTV 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama