Modern.az

Azərbaycanda hər 4 ailədən birinin fərdi kompüteri var

Azərbaycanda hər 4 ailədən birinin fərdi kompüteri var

22 Oktyabr 2010, 11:58

Bu gün Bakıda Azərbaycan Marketinq Cəmiyyəti (AMC) “Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının vəziyyəti” mövzusunda keçirdiyi araşdırmanın nəticələrini açıqlayıb.   
Cari ilin iyul ayında aparılmış sorğuda 5800 respondent iştirak edib. Onlardan 36 faizi kənd yerlərində yaşayır.
Təqdimat mərasimi zamanı qeyd olunub ki, bütün ölkə ərazisində ev təsərrüfatlarının 25,7 faizində ən azından bir kompüter var və respublikada hər 100 nəfərə düşən kompüterlərin sayı araşdırmanın nəticələrinə əsasən 14-ə çatıb.
Həmçinin kompüterləri olmayan respondentlərin 18 faizi yaxın yarım ildə onu almağı planlaşdırdıqlarını bildiriblər.
İnternetin istifadə səviyyəsindən danışan hesabat müəllifləri, sorğu iştirakçılarının 45 faizinin internet-xidmətlərindən vaxtaşırı istifadə etdiklərini qeyd ediblər. Həmçinin bildirilib ki, ölkədə hər 100 istifadəçinin 12-si Qlobal Şəbəkəyə genişzolaqlı çıxış vasitəsilə qoşulur. Son illər respublikada genişzolaqlı internetin inkişaf tendensiyasından danışan AMC ekspertlərinin sözlərinə görə, bu, effektiv qiymət siyasəti, eləcə də cəmiyyətin informasiyalaşdırılması istiqamətində əldə olunmuş irəliləyişin bir nəticəsidir.
Tədbirdə, ölkə rəhbərliyi tərəfindən prioritet elan olunmuş informasiya-kommunikasiya texnologiyaları sahəsinin dinamik tərəqqisi üçün bütün lazımı şəraitin olduğu xüsusi vurğulanıb. Həyata keçirilmiş sorğular, eləcə də əvvəlki illərlə aparılmış müqayisəli təhlillərin nəticələri İKT sektorunun yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının yüksəlməsi üçün təkanverici qüvvəyə çevriləcəyini söyləməyə zəmin yaradır.
 
Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama