Modern.az

“Best model of Azerbaijan-2010”la bağlı narazılıq yaranıb

“Best model of Azerbaijan-2010”la bağlı narazılıq yaranıb

23 Oktyabr 2010, 13:54

“Best model of Azerbaijan-2010” müsabiqəsilə bağlı ciddi narazılıq yaranıb. Ona görə də müsabiqənin rəhbərlərindən biri, tanınmış stilist Anar Ağakişiyev yarışmanın nəticələri ilə bağlı yaranmış narazılıqlara həsr olunmuş mətbuat konfransı keçirmək qərarına gəlib.
A.Ağakişiyev bildirib ki, müsabiqənin nəticələri ilə bağlı oktyabrın 25-də saat 12.00-daTrend”də mətbuat konfransı keçirəcək.
Mətbuat konfransında Anar Ağakişiyev müsabiqə öncəsi və final şousunda baş verənləri ilk dəfə olaraq açıqlayacaq. Tədbirdə “Best model of Azerbaijan-2010” yarışmasının münsif üzvü əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın və bu müsabiqənin hazırlığında yaxından iştirak edən, münsiflər heyətində təmsil olunan Lyubov Qutorovanın da iştirak edəcəyi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama