2010-cu il Milli Məclisə seçkilərin təbliğat-təşviqat davam edir. Parlament Jurnalistləri Birliyi və Modern.az saytının layihəsi çərçivəsində 16 saylı Yasamal ikinci Seçki Dairəsində deputatlığa namizədlərin reytinqi ilə bağlı 200 respondent arasında sorğu keçirilib.
Rəyi soruşulanlardan deputatlığa namizədlərin - Məhərrəmov Abel (YAP), Qədirli Erkin (Bitərəf), Kərim Tufan (AMDP), Sadıqov Babək (ADP), Vəliyeva Nisəxanım (KXCP), Məlikəliyev Xanmirzə (AMİP), Babayev Fəxrəddin (YAP), Səmədov Sudeif (VİP) - hansının daha çox şanslı və nüfuzlu olması ilə bağlı fikirlər öyrənilib.
Sorğu dairənin müxtəlif yerlərində 200 nəfər arasında keçirilib. Onların 125-i qadın, 75-I isə kişi olub. Rəyi soruşulanlar əsasən 20-35 yaş arası gənclər olublar.
Sorğuda iştirak edənlərin 45 nəfəri (22,5 faizi) suala cavab verməkdən imtina ediblər. Respondentlərin 86 nəfəri (43 faizi) Abel Məhərrəmova səs verəcəklərini bildiriblər.
23 nəfər (10,5 faiz) Erkin Qədirliyə, 15 nəfər (7,5 faiz) Babək Sadıqova, 13 nəfər (6,5 faiz) Fəxrəddin Babayevə, 10 nəfər (5 faiz) Tufan Kərimə, 4 nəfər (2 faiz) Südeif Səmədova, 3 nəfər (1,5 faiz), Xanmirzə Məlikəliyevə, 1 nəfər (0,5 faiz) isə Nisəxanım Vəliyevaya səs verəcəklərini deyiblər.
Qeyd edək ki, sorğu 16 saylı Yasamal ikinci seçki dairəsinin ərazisindəki Mətbuat prospekti, Hüseyn Cavid prospekti, F.Ağayev, Z.Xəlilov və E.Haqverdiyev küçələrində keçirilib.
Modern.az