Modern.az

Sabah Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək

Sabah Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək

6 Noyabr 2010, 16:27

Azərbaycan Mətbuat Şurasında noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar olaraq “qaynar xətt” təşkil ediləcək. Şuranın (012) 441 35 30; (012) 441 35 92; (012) 441 35 94 nömrələri saat 08.00-dan 19.00-dək bu rejimdə işləyəcək. MŞ 11.00, 14.00, 17.00, 20.00 saatlarında “qaynar xətt”-in fəaliyyəti ilə bağlı ictimaiyyəti məlumatlandıracaq.
“Qaynar xətt”-in yaradılmasından məqsəd jurnalistlərin seçkidə peşə fəaliyyətlərini sərbəst yerinə yetirmələrinə kömək göstərməkdən, bununla bağlı mümkün maneələrin operativ surətdə aradan qaldırılmasını təmin etməkdən ibarətdir.

“Qaynar xətt”-ə daxil olan faktların araşdırılması üçün müvafiq qurumlarla əlaqələr yaradılacaq. Həmçinin zəruri hallarda Şuranın əməkdaşlarından ibarət qrup konkret hadisə yerinə göndəriləcək.

Bununla yanaşı seçki günü Mətbuat Şurasının monitorinq qrupu da xüsusi rejimdə işləyəcək. Qrupun nümayəndələri və MŞ-nin İdarə Heyətinin üzvləri paytaxtdakı və bölgələrdəki seçki dairələrinə baş çəkəcək, jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrini, prosesi işıqlandırmalarını yaxından izləyəcək, onlar üçün yaradılan şəraitlə tanış olacaqlar.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası “qaynar xətt”-in, habelə qurumun monitorinq qrupunun məlumatları əsasında jurnalistlərin seçkidə iştirakına dair hesabat hazırlayacaq. Jurnalistlər seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrində yarana biləcək problemlərlə bağlı Mətbuat Şurasının “qaynar xətt”-nə müraciət edə biləcəklər. 

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama