“Qarabağ qaziləri” İctimai Birliyi parlament seçkilərinin nəticələri barədə bəyanat verib. Modern.az-a daxil olan bəyanatda bildirilib:
”“Qarabağ qaziləri” İctimai Birliyinin nümayəndələri noyabrın 7-də seçki keçirilən 9 dairədə - 8 saylı Binəqədi Birinci, 24 saylı Nizami Birinci, 25 saylı Nizami İkinci, 46 saylı Şirvan, 47 saylı Mingəçevir, 49 saylı Yevlax-Mingəçevir, 118-119 saylı Ağdam və 122 saylı Xankəndi seçki dairələrində müşahidəçi qismində iştirak ediblər.
Biz adı çəkilən 9 seçki dairəsində məntəqələrdə müstəqil səkildə müşahidə aparmışıq. Müşahidəçilərimizin bizə verdiyi məlumatlara əsasən bu dairələrdə seçkilər şəffaf və demokratik şəkildə keçirilib.
Birliyin rəhbərləri seçki günü ərzində 24 saylı Nizami Birinci, 25 saylı Nizami İkinci dairələrinin məntəqələrini gəzərək hər bir məntəqədə olan müşahidəçilərimizin fəaliyyətini və seçki prosesini izləmişdir. Bu dairələrin bütün məntəqələrində bizim müşahidəçilərimiz təmsil olunmuşdur deyə, hər iki dairədə reydlər keçirdik. Müşahidəçilərimiz və biz səsvermə prosesində heç bir qanun pozuntusu aşkarlamadıq və normal seçki prosesinin şahidi olduq.
Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə seçki günü elə bir ciddi insident, seçiciyə təzyiq baş verməyib. Seçki proses dinc şəkildə başa çatıb”.
Qeyd edək ki, “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədovdur.