Modern.az

Gənclər Təşkilatları Milli Şurası Mübariz İbrahimovun məzarını ziyarət edib

Gənclər Təşkilatları Milli Şurası Mübariz İbrahimovun məzarını ziyarət edib

Qarabağ

10 Noyabr 2010, 15:43


Gənclər Təşkilatı Milli Şurasının sədri, millət vəkili Fuad Muradov və təşkilatın kollektivi bu gün Fəxri xiyabana gedərək Azərbaycan dünya şöhrətli siyasi xadim Heydər Əliyevin məzarını ziyarət edib, mərhum dövlət başçısının xatirəsinə ehtiram əlaməti olaraq məzarı üzərinə tər güllər düzüb. Görkəmli oftalmoloq alim Zərifə xanın Əliyevanın məzarı da ziyarət edilib.

Sonra Milli qəhrəman Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun məzarları ziyarət edilib. Şəhidlərimizin ruhuna dualar oxunub. Milli Şuranın sədri Fuad Muradov bildirib ki, Mübariz İbrahimov öz əməli ilə bir daha sübut etdi ki, Azərbaycan xalqı istənilən an düşmən üzərində qələbə qazana bilər.
«Amma biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. Diplomatik sahədə qazanılan uğurlar bir daha sübut edir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcəkdir».

Mübariz İbrahimovdan sonra Fərid Əhmədov və Əhməd Abdullayevin də şücaət göstərərək şəhid olduğunu diqqətə çatdıran Fuad Muradov qeyd edib ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızı xalqımız heç zaman unutmayacaq.





Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama