Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti yeni müsabiqə elan edib

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti yeni müsabiqə elan edib

Qarabağ

2 Sentyabr 2009, 15:18

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) yeni müsabiqə elan edib. “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsi “Hüququn KİV-də yayılması» proqramı çərçivəsində jurnalistlər arasında «Ailə hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda keçiriləcək müsabiqəyə Azərbaycanda ailə hüququ, ailə qanunvericiliyi və onun tətbiqi praktikasının problemləri, onları doğuran səbəblər və həlli yolları barədə araşdırma məqalələri qəbul edilir.

Məqalələrin qiymətləndirilmə meyarlarına gəlincə, GTZ Modern.az-a bildirilib ki, mövzunun olmuş hadisə əsasında açıqlanması, konkret nümunədən çıxış etməklə ictimai maraq kəsb edən problemlərin işıqlandırılması, həmin problemlərin obyektiv və subyektiv səbəblərinin araşdırılması, yazının cəmiyyətdə insan hüquqlarının və qanunun aliliyinin təbliği baxımından əhəmiyyəti, yazının peşəkarlıq səviyyəsi əsas götürüləcək.

Qaliblərə diplomlar və yerlərə uyğun olaraq 500, 400 və 300  AZN pul mükafat veriləcək.

Jurnalistlər müsabiqəyə 2009-cu il sentyabrın 1-dən oktyabrın 15-dək dövri mətbuatda dərc edilən və ya tanınan İnternet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər.

Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə  GTZ-yə təqdim etməlidirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin bu ölkələri hədələdi: Polşa Rusiya ilə müharibəyə hazırlaşır