Modern.az

Azərbaycan sələfiləri Elşad Mirini edamla hədələdilər - VİDEO

Azərbaycan sələfiləri Elşad Mirini edamla hədələdilər - VİDEO

Qarabağ

30 Noyabr 2015, 10:40

Azərbaycan sələfilərinin lideri kimi tanınan Qamət Süleymanovun sağ qolu Useyd Turabov ilahiyyatçı Elşad Mirinin əleyhinə video hazırlayıb.

Bu barədə Elşad Miri Modern.az saytına məlumat verib.

O deyib ki, Qamət Süleymanovun qardaşı Yaşar Süleymanov, daha sonra Kamal Hüseyn adlı sələfi də bu antitəbliğata qoşulub.  

Qamət Süleymanov da Elşad Mirinin ilahiyyatçı deyil, jurnalist adlandıraraq tərəfdarlarına ondan uzaq olmağa dəvət edib.  

“Useyd Turabovun videosu isə daha təhlükəlidir. Çünki həmin səsyazısında xəbərdaredici məqamlar öz əksini tapıb”,-deyə ilahiyyatçı bildirib.    

Belə ki, çıxışda Useyd Turabov Elşad Mirinin fikirlərinə görə Səudiyyə Ərəbistanında olsa, həbs ediləcəyini, sonra tövbəyə dəvət ediləcəyini, tövbə etmədiyi təqdirdə isə edam ediləcəyini bildirib.  

Digər Mədinə tələbəsi Ramil Soltanov ona məxsus olan youtube kanalında həmin materialları yayaraq tərəfdarlarına ismarıc göndəriblər.     

 

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu