2015-ci ili başa vurmağa hazırlaşırıq. Təxminən 15-16 gündən sonra 2015-ci il geridə buraxdığımız tarixə yazılacaq. Bu il Azərbaycanda bir sıra hadisələrlə yadda qaldı. Baş verən olaylar hər kəsin hafizəsinə bir bir cür yazıldı.
Sizcə Azərbaycanda baş vermiş hansı olay 2015-ci ilin hadisəsi sayılmalıdır?
Modern.az saytı bu suala cavab almaq üçün sorğu keçirir.
Sorğumuzda iştirak etmək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki cavablara baxıb “İlin hadisəsi” hesab etdiyi olaya səs versin.
Cavablar SİYAHIsına diqqət edib, səs vermək üçün əsas səhifədə ortadan aşağı hissəyə baxın:
1. Manatın devalvasiyası - Dolların bahalaşması
2. Bakının Binəqədi rayonunda çoxmərtəbəli binadakı dəhşətli yanğın
3. I Avropa Oyunları
4. “Beynəlxalq bank olayı” - Biznesmenlərin həbsi
5. “MTN işi” - Eldar Mahmudovun dəstəsinin ifşası
6. Parlament seçkiləri
7. Nardaran hadisələri
8. “Günəşli” yatağındakı qəza və ölüm-itim.