Modern.az

Azərbaycanda keçmiş deputatın oğlu 4 aylığa həbs olundu

 Azərbaycanda keçmiş deputatın oğlu 4 aylığa həbs olundu

Qarabağ

15 Yanvar 2016, 21:01

 

Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində həbs qəti-mkan tədbiri seçilib. Modern.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, Rüfət Səfərov barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.   

Qeyd edək ki,  Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov Binəqədi Rayon Məhkəməsinə gətirilib. Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı R.Səfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsini istəmişdi.

R. Səfərov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.   R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.  

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, eks-deputat Eldar Sabiroğlunun oğludur.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza