Modern.az

Sərdar Cəlaloğlu Müsavatı qeyri-səmimilikdə SUÇLADI

Sərdar Cəlaloğlu Müsavatı qeyri-səmimilikdə SUÇLADI

26 Yanvar 2016, 15:37

“Müxalifət partiyalarının böhranla bağlı olaraq toplanmasını  mən çox yüksək qiymətləndirirəm. Çünki bu gün cəmiyyətdə o qədər təhlükəli proseslər baş verir ki, Azərbaycan müxalifətinin buna adekvat reaksiya verməsi yaxşı haldır. Biz çalışacağıq ki, belə toplantıların nəticəsi yaxşı olsun”.

Bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP)  sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında yanvar ayının 24-də müxalifət partiyalarının ölkədəki vəziyyətlə əlaqədar keçirdiyi  toplantısına münasibət bildirərkən deyib.   ADP sədri bildirib ki,  onların böhrandan çıxmaq yolunda atmaq istədikləri addımdan əlavə ölkəni uçuruma aparmaq istəyən qüvvələr də başqa fəaliyyət göstərirlər:

“Bizim bu addımlarımızla yanaşı,  Azərbaycanı uçuruma aparan və ölkənin batmasını istəyən qüvvələr də var. Çalışacağıq ki, bunun nəticəsi olmasın. Yəni meydanda yalnız Azərbaycan xalqının xeyrini istəyən qüvvələrdən başqa Azərbaycanı istəməyən qüvvələr də var. Mən belə hesab edirəm ki, böhrandan çıxmaq yolunda addımların atılmasını istəməyənlər təhlükəli sonluğa aparmaq niyyətində olan qüvvələrdir.

Onlar həqiqətən də Azərbaycanın məhvini istəyirlər. Həmin qüvvələri sanki kimlərsə buna məhkum edir”. Sərdar Cəlaloğlu hesab edir ki, bu toplantılar ölkədəki problemləri həll etmir, amma lazım olan addımları planlaşdırıb atmağa kömək edəcək :

“Bizim toplantılarımız ölkədə problemləri həll eləmir. Burada məqsəd partiyaları bir araya gətirmək, toplantı xətrinə toplantı etmək deyil. Əvvəlki illərdən fərqli olaraq bu böhran iqtidar-müxalifət müstəvisində həll oluna bilməz.

Bu yalnız milli həmrəylik formasında həll oluna bilər. Biz toplantıda digər partiyalarla bir yerdə müzakirələr apardıq. Bura yığışan insanlar və siyasi qüvvələr böhrandan çıxmağın yollarını göstərib. Biz də bu istiqamətdə lazım olan addımları planlaşdırıb atmağı dəf edəcəyik”. Sərdar Cəlaloğlu Müsavat Partiyasının bu toplantıya dəvət olunmaması haqqında mətbuata mövqeyinə də münasibət bildirib.

“Şəxsən Müsavat başqanı Arif  Hacılını toplantıya özüm dəvət etmişəm. Müsavat Partiyasının bu toplantıya dəvət olunmamaları haqqında fikirləri çox yanlış və qeyri-səmimidir. Çünki şəxsən mən bu toplantıdan qabaq Arif Hacılı ilə bizim partiyamızın bir tədbirində görüşmüşdük. Arif Hacılıdan bir dost və yoldaş kimi xahiş etdim ki, siz də bu toplantıya qatılın. Biz burada hansısa bir ittifaq və birlik yaratmaq fikrində deyilik. Bizə də maraqlı idi ki, görək Müsavat indiki prosesləri və hökumətin antiböhran adı altında atdığı addımları necə görür.

20 il ərzində, Müsavatla ADP ayrı-ayrı müstəvidə olub. Yəni onlar zaman-zaman hansısa bloklarda və birliklərdə olublar. Lakin biz olmamışıq. O toplantıya yığılanların adı , partiyası da məlum idi. AXCP-nin ora gəlməməsinin o qədər də önəmi yoxdur. AXCP-nin orada nə işi var...Şəxsən mən Müsavatı dəvət etmişəm. AXCP ilə heç bir əlaqəm yoxdur”.  

Ağa  AKİFOĞLU

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza