Modern.az

“Autizmli uşaqlarınızın problemlərini üzə çıxarmağa qorxmayın” - MÜSAHİBƏ

“Autizmli uşaqlarınızın problemlərini üzə çıxarmağa qorxmayın” - MÜSAHİBƏ

11 Fevral 2016, 13:07

“Onları digərlərindən ayıran ən böyük xüsusiyyətləri təlimə açıq olmalarıdır”


Ölkəmizdə  autizmdən əziyyət çəkən uşaqların sayının artdığını nəzərə alaraq Bakı Autizm İdman və Yaşam klubunun sədri Elnur Məmmədli ilə söhbətləşdik. Modern.az saytı onunla müsahibəni təqdim edir:

- Elnur bəy‚ rəsmi statistikada autizmli uşaqların sayı az göstərilir‚ amma müşahidələr göstərir ki‚ ilbəil bu cür uşaqların sayı artmaqda davam edir. Bir çox hallarda valideyinlər uşaqlarına həmin diaqnozun qoyulmasını istəmirlər və fikirləşirlər ki ‚ zamanla düzələcək. Həm mərkəzin rəhbəri ‚ həm də bu problemlə qarşılaşan valideyn olaraq fikirləriniz maraqlıdır...

- Əfsuslar olsun ki ‚ bəli, bu cür uşaqların sayı getdikcə çoxalır. Amma bu demək deyil ki‚ biz-valideyinlər bu uşaqların diaqnostikasına mane olmalıyıq və onları ətrafdan təcrid etməliyik. Əksinə, bu problemlə qarşılaşan bir valideyin kimi demək istəyirəm ki‚ biz onlar haqqında daha çox məlumat toplayıb uşaqlara kömək etməliyik.

- Sindromun əlamətləri nədir‚ yəni valideyin hansı halda mütləq həkimə müraciət etməlidir?

- Sindrom bir neçə faktorlar özünü biruzə verə bilər. Bunlar ünsiyyət problemləri, qarşılıqlı münasibətlər qurulması‚ sosiallaşma problemləri, qeyri-iradi hərəkətlərin edilməsi, eyni hərəkətlərin təkrar edilməsi, göz kontaktının olmaması, davranış problemləridir.

- Ümumiyyətlə‚ bu sindrom yalnız anadangəlmə olur‚ yoxsa sonradan da qazanıla bilir?

- Autizmin anadangəlmə və sonradan qazanılma olması haqqında dəqiq fikir söyləmək olmaz. Bu xəstəliyin etiologiyası ( yaranma səbəbləri) tam məlum deyil. Hər hansı bir təkrarverici amil sindromu qabarıq formada aşkar edir.

- Mütəxəsislər, ümumiyyətlə bu sindromun müalicəsi olmadığını və dəqiq diaqnoz qoyula bilmədiyini deyir... Problemlə üz- üzə olan valideyinlərə nə məsləhət verərdiz?

- Valideyinlərə tövsiyəm budur ki‚ autizm haqqında mümkün qədər çox məlumat toplasınlar. Məlumatlar əsasında da övladlarına yardımçı olsunlar. Uşaqlarınızın problemlərini üzə çıxarmağa qorxmayın‚ onların azalmasına yardımçı olun. Uşaqları təlimə cəlb edin və peşəkarlara etibar edin. Ən əsası, səbrli olsunlar. Yadda saxlasınlar ki‚ bütün uşaqlar kimi onlarında övladlarının öyrənmək ‚ inkişaf etmək hüququ var .

- Rəhbəri olduğunuz Bakı Autizm İdman və Yaşam klubu hansı zərurətdən yaranıb? Klubun yaradılması ilə öz övladınıza kömək edə bilmisinizmi?

- Nəinki öz övladıma‚ həm də bir çox uşaqlara idman terapiyası vasitəsilə yardımçı olmuşuq. Bakı Autizm İdman və Yaşam klubuna müraciət edən hər bir valideyin öz uşağı üçün dəstək görür. Klubun bütün kollektivi hər bir uşağı öz doğması kimi qəbul edir və düzgün təlim almasına yönəldir.

Klubumuzda uşaqlara həm psixoloji həm də pedaqoji yardım göstərilir. Psixoloji və loqoped məşğələlərində ünsiyyət problemləri‚ göz təmasının yaradılması və bu kimi problemlərin azalmasına yönəlmiş işlər aparılır.





Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza