Modern.az

"Qarabağ"a “İlin Komandası” mükafatı veriləcək

"Qarabağ"a “İlin Komandası” mükafatı veriləcək

15 Dekabr 2010, 13:26

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT)  A]damın “Qarabağ” Futbol Klubunu “İlin Komandası” adı ilə təltif edəcək. Qurumdan Modern.az saytına verilən məlumata görə, mərasim dekabrın 16-da baş tutacaq.

AGAT idman sahəsində Avropada Azərbaycanı layiqincə təmsil edən “Qarabağ”ın Avropa liqasının pley-off mərhələsinə qədər irəliləyən yeganə klub olduğunu yüksək qiymətləndirir. “Eyni zamanda bu klub Avropanın bir sıra aparıcı komandalarını məğlub edərək ölkəmizin Avropada tanınmasına şərait yaradıb” deyə bildirilib.
Təltifetmə mərasimindən sonra görüşün interaktiv keçirilməsi üçün birgə mətbuat konfransının keçirilməsi də nəzərdə tutulub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama