Modern.az

10 il Sizinlə tarix yazmağa çalışdıq

10 il Sizinlə tarix yazmağa çalışdıq

22 Dekabr 2010, 12:15

Gənclər üçün Təhsil Mərkəzi fəaliyyətinin növbəti ilini başa vurmaq ərəfəsindədir. 2000-ci ildə Bakı şəhərində bir qrup hüquqşünas tələbə tərəfindən yaranan və qarşısına gənclərin cəmiyyətimizin inkişafında rolunu artırmaq məqsədi qoyan Mərkəzin 10 yaşı tamam olur.

Mərkəz bu münasibətlə növbəti ilin yanvar ayının sonunadək silsilə tədbirlər keçirərək,  fəaliyyətinin ən maraqlı anlarını, uğurlarını və planlarını ölkə ictimaiyyəti ilə bölüşmək niyyətindədir. Bu məqsədlə Mərkəz nəinki Bakı şəhərində, eləcə də regionlarda müxtəlif tədbirlər keçirməyi planlaşdırır.

Mərkəzin direktor müavini Elnur Axundov mətbuata bildirib ki, hazırda Mərkəzin 10 illik fəaliyyətinə həsr olunmuş kiçik film hazırlanır ki, yaxın vaxtlarda onu ictimaiyyətə təqdim edəcəklər. Onun sözlərinə görə, görülmüş işlərin əhatə dairəsi və hədəfləri o qədər genişdir ki, onları bir filmə yerləşdirmək mümkün deyil.
”Buna görə də biz 10 illik yubileyimizin qeyd olunması üçün nəzərdə tutulmuş tədbirlər planına fəaliyyətimizi əks etdirən sərgilərin, haqqımızda olan filmin nümayişinin, görüşlərin və müxtəlif əyləncəli proqramların təşkilini daxil etmişdir. Mətbuat nümayəndələri ilə xüsusi bir proqramın təşkili də nəzərdə tutulub”.

Qeyd edək ki, 10 il bundan öncə yaranan və hazırda 30-dan çox regionunu öz fəaliyyəti ilə əhatə edən Mərkəz bu gün nəinki Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda da müxtəlif proqramlar həyata keçirir və fəallığı ilə seçilir. Mərkəz tərəfindən hər il ölkəmiz üçün əlamətdar günlərin, eləcə də tariximizə qanlı hərflərlə yazılmış 20 Yanvar və Xocalı faciəsinin mütəmadi olaraq Almaniya, Fransa, Latviya, Litva, Hollandiya, Türkiyə və Gürcüstanda qeyd olunması buna əyani sübutdur.

Mərkəz öz fəaliyyətinin 10-cu ilini təntənəli başa vurmaqla yanaşı, növbəti ildən etibarən daha çox uğurları ilə vətəndaş cəmiyyətinin inkişafı prosesində iştirak etməyi planlaşdırır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama