Modern.az

Azay Quliyev: "İndən sonra belə layihələrə daha diqqətlə yanaşacağıq" (fotolar)

Azay Quliyev: "İndən sonra belə layihələrə daha diqqətlə yanaşacağıq" (fotolar)

22 Dekabr 2010, 17:38


Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı mövzular üzrə maliyyələşdirdiyi layihələrin nəticələrini müzakirə edib.
QHT və layihə rəhbərlərinin, ekspert və mütəxəssislərin, eləcə də medianın iştirakı ilə keçən tədbiri Şura sədri Azay Quliyev açaraq, layihələr, onların icrası və effektivliyi barədə danışıb.

A.Quliyev bildirib ki, 2010-cu ildə Şura bu istiqamətli 52 layihəyə 302,349 manat vəsait ayırıb. Eyni mövzu üzrə keçən 21 layihəyə 2009-cu ildə Şuranın 185,612 manat vəsait xərclədiyini deyən A.Quliyev Dağlıq Qarabağ münaqişəsilə bağlı layihələrin gələn il də prioritet istiqamət olaraq qalacağını vurğulayıb.

Şura sədri A.Quliyev layihələrin əhatə dairəsinin genişliyini qeyd edərək deyib: “Layihələr Azərbaycanın18 rayon və şəhərində - Ağdam, Ağcabədi, Ağstafa, Bakı, Bərdə, Beyləqan, Qax, Goranboy, Quba, Göygöl, Füzuli, Lənkəran, Sumqayıt, Tərtər, Şirvan, Şəki, Xaçmaz və Zaqatala rayonlarında, habelə 6 xarici ölkədə - Almaniya, ABŞ, Belçika, Bolqarıstan, Rusiya və Türkiyədə həyata keçirilmişdir.”

2010-cu ildə Dağlıq Qarabağ mövzusu üzrə maliyyələşən layihələr çərçivəsində yerinə yetirilmiş işlər belə təsnifatlandırılıb:

14 müxtəlif kitab, buklet, broşur və ya jurnal dərc edilmişdir: bunlardan 8 nəşr məhsulu xarici dillərdə buraxılıb;
9 internet səhifəsi hazırlanıb, yeniləşdirilmiş və ya xarici dilə tərcümə edilib;
Bunlardan 5 internet səhifəsi aktivdir, digər 4-ü isə hazırlanır:
7 sənədli film çəkilib, və ya xarici dillərə tərcümə edilib, bunlardan “Soyqırım” filmi ABŞ-da nümayiş etdirilib;
Materiallar əsasən 9 dildə Azərbaycan, ingilis, rus, türk, alman, fransız, yapon, bolqar və gürcü dillərində hazırlanıb;
5 QHT tərəfindən 4 beynəlxalq, 1 yerli səviyyəli konfrans keçirilib: bunlardan 2-si xarici ölkədə Belçika və Türkiyədə olub;
9 QHT beynəlxalq mətbuatda erməni yalanlarının ifşa edilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində işlər görüb, bu tədbirlərdən dördü Belçika, Bolqarıstan, Türkiyə və Almaniyada həyata keçirilib;
5 QHT Erməni təcavüzünün ağır nəticələri, qaçqın və köçkünlərin, minadan zərər çəkənlərin problemlərinin öyrənilməsi və ictimailəşdirilməsi işini həyata keçirib;
4 QHT Qarabağ mövzusunda seminar, maarifləndirmə işini təşkil edib;
6 QHT qaçqın və köçkünlər üçün müxtəlif peşə təlimi və kursları, 4 QHT isə onlar üçün yeni iş yerlənin yaradılması və hüquqi yardımın göstərilməsini işlərini təşkil edib.

Şura sədri A.Quliyev deyib ki, bundan sonra Dağlıq Qarabağ münaqişəsilə bağlı layihələrə daha diqqətlə yanaşılacaq.

Tədbirdə A.Quliyev Avropa Parlamenti xarici əlaqələr komitəsinin Azərbaycan, Gürcüstan və Ermənistanla Avropa İttifaqı arasında parlament əməkdaşlığı komitəsinin sədr müavini Tomaş Porebanın bu günlərdə rəsmi Bakıdan icazəsiz Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərini qəti şəkildə pisləyərək, ölkə QHT-lərini belə qanunsuz hərəkətlərə etiraz etməyə çağırıb.

Tədbirdə çıxış edən QHT və layihə rəhbərləri Faiq İsmayılov, Vahid Qazi, Tənzilə Rüstəmxanlı, Məhərrəm Zülfüqarlı, Vahid Abbasov, Seymur Verdizadə, Akif Nağı, Vüqar Qədirli, Elçin Nəsirli, Vüqar Tofiqli, Xanlar Məmmədov, Azad Məsiyev, Kəmalə Paşayeva, İlqar İlkin, Məmmədhəsən Həsənov, Xalid Kazımov, Əzizağa Atakişiyev, Xanoğlan Əhmədov, İlkin Ağayev, Əkrəm Bəydəmirli və başqaları yerinə yetirilmiş layihələrin nəticələrilə bağlı öz fikir və təkliflərini bildiriblər.

Təklif olunub ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı layihə yerinə yetirən QHT-lərin Şura nəzdində əlaqələndirici qurumu yaradılsın və birgə tədbirlərin həyata keçirilməsi üzrə koordinasiya işi aparılsın. QHT təmsilçiləri, həmçinin Dağlıq Qarabağ mövzusu ilə bağlı layihələrin maliyyələşdirilməsinə ölkənin özəl sektorunda çalışan sahibkarların da cəlb edilməsi üçün əməli tədbirlər görülməsinin zəruriliyini vurğulayıblar.





Modern.az         

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama