Modern.az

“Qaradağ” sement zavodunu özəlləşdirən şirkətin səhmləri alındı – 1.53 milyard avro

“Qaradağ” sement zavodunu özəlləşdirən şirkətin səhmləri alındı – 1.53 milyard avro

22 Yanvar 2016, 15:05

Sberbank dünyanın ən böyük sement istehsalçısı olan İsveçrənin "LafargeHolcim Limited" şirkətinin 6,12%-lik səhmlərini alıb.

Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, rus bankı sövdələşmə üçün 1,53 milyard avro vəsait ödəyib.  

Analitiklər “LafargeHolcim Limited" şirkətinin bazar kapitallaşmasının ümumilikdə 23,076 milyard avroya qiymətləndirirlər.  

 "LafargeHolcim Limited" Rusiyada 4 sement zavoduna və 3 daş karxanasına sahibdir.

Bundan başqa, Azərbaycanın ən böyük sement istehsal edən “Qaradağ” sement zavodu da 1999-cu ildən "Holcim" şirkəti tərəfindən özəlləşdirilib.  

2015-ci il ümçün şirkət zavodun səhmlərinin 70%-nə sahibdir.    

Vüqar İsmayılov   

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!