Modern.az

Azərbaycan Gorus-Qafan yolunda gömrük məntəqəsi qurur?

Azərbaycan Gorus-Qafan yolunda gömrük məntəqəsi qurur?

Qərbi Azərbaycan

10 Noyabr 2021, 22:37

Azərbaycan Ermənistana bu gün gecə saat 12-dən etibarən Gorus-Qafan yolunda sərhəd-gömrük nəzarəti funksiyasını yerinə yetirəcəyini, yəni gömrük-keçid məntəqələri quraşdıracağını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində məlumat verib.

 

O qeyd edib ki, Ermənistan tərəfi müvafiq addımlar atacaq, yolun həmin hissəsində gömrük-sərhəd keçid məntəqələri yaradacaq.

 

Xatırladaq ki, ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan sovet dövrünün sərhədlərinə əsasən, Gorus-Qafan magistralının ərazisindən keçən 21 kilometrlik hissəsinə nəzarətini bərpa edib.

 

Yolun bu hissəsində Azərbaycanın müvafiq orqanları ölkəyə daxil olan yük maşınlarından rüsum tələb etməyə başlayıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI