Modern.az

Azərbaycan Gorus-Qafan yolunda ermənilərə hansı tələblər qoyacaq...

Azərbaycan Gorus-Qafan yolunda ermənilərə hansı tələblər qoyacaq...

Qərbi Azərbaycan

12 Noyabr 2021, 13:28

“Normalda quru və ya hava yolu ilə sərhədi keçənlərdən nələr tələb olunursa, Gorus -Qafan yolunun Azərbaycana aid hissəsindən keçən ermənilərdən də o sənədlər tələb olunacaq”.


Bu fikirləri Modern.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.


Ekspert qeyd edib ki, sərhədi keçmək istəyən Ermənistan vətəndaşlarından pasport, kimlik tələb olunacaq.


“Düzdür, bizim bəzi ölkələrlə viza rejimimiz var. Amma Ermənistanla bu məsələ həll olunmayıb. Azərbaycan və Ermənistan Müstəqil Dövlətlər Birliyinin üzvləridir. Üzv ölkələrin vətəndaşları bir-birlərinə vizasız gedib-gələ bilərlər. Amma Ermənistan istisnadır. Onlarla müharibə etdiyimizə görə bu məslələ həll olunmamış qalır. Amma güzəşt olaraq Azərbaycan ərazisindən keçərlərsə, əlbəttə kimlik sənədini təqdim etməlidirlər. Bu mütləq halda olmalıdır”.


Elxan Şahinoğlu Gorus -Qafan yolunın Azərbaycana aid hissəsində sənədi olmayan Ermənistan vətəndaşlarının böyük ehtimalla geri qaytarılacağını bildirib:


“Ciddi tələblərin qoyulacağını zənn etmirəm. Bir də maşınla keçəndə maşınlar yoxlanıla bilər. Çünki dəfələrlə olub ki, müxtəlif silah-sürsat keçirməyə çalışıblar. Təkcə Ermənistan yox, İran sürücüləri də Qarabağa qanunsuz daxil olmağa cəhd göstərsələr, sorğu-sual olunacaqlar”.

Xatırladaq ki, Gorus-Qafan yolu iki yerdə Azərbaycan ərazisinə daxil olur və çıxır. Yolun Azərbaycan ərazisinə düşən hissəsi təxminən 21 kilometrə yaxındır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusunun həmin əraziyə nəzarəti ələ alması ermənilərin etirazı ilə qarşılansa da, düşmən tərəf heç nəyə nail ola bilməyib.

Hazırda Azərbaycan tərəfinin Gorus-Qafan yolunun sözügedən hissəsində - Qubadlı rayonunun ərazisi sayıla Eyvazlı və Çayzəmidə gömrük məntəqəsi tikdiyi bildirilir...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?