Modern.az

Ermənilər Azərbaycanla sərhəddəki kəndlərə yol çəkir - FOTOLAR

Ermənilər Azərbaycanla sərhəddəki kəndlərə yol çəkir - FOTOLAR

Qərbi Azərbaycan

26 Noyabr 2021, 12:28

Ermənistanın Zəngəzur bölgəsində yeni alternativ yollar tikməyə başlayıb.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, həmin yolların Azərbaycanla sərhəddə yerləşən Şurnuxu, Vorotan, Bərdzaravan, Geqanuş, Çakaten kəndlərinə çəkildiyi bildirilir.

Hökumətin məlumatına görə, Tatev-Ağvani dövlətlərarası yolu tam hazırdır.

Qeyd edək ki, Azərbaycan tərəfi Gorus-Qafan yolunda postlar qurandan sonra ermənilərin yaşadığı həmin kəndlərdə təşviş yaranıb. Hökumət isə həmin kəndlərin sakinlərinin Azərbaycan postlarından keçməməsi üçün alternative yollar çəkiləcəyini vəd edib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu