Modern.az

Ermənistan İstintaq Komitəsi 16 noyabr döyüşlərinin itkilərini AÇIQLAYIB

Ermənistan İstintaq Komitəsi 16 noyabr döyüşlərinin itkilərini AÇIQLAYIB

Qərbi Azərbaycan

13 Dekabr 2021, 11:00

Ermənistanın İstintaq Komitəsi noyabrın 16-da Zəngəzurda Azərbaycan Ordusuna əsir düşən erməni əsgərlər barəsində başlanmış cinayət işinin məlumatlarını açıqlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, noyabrın 16-da Azərbaycanla sərhəddə baş verən döyüş əməliyyatları zamanı iki postda keşik çəkən 37 əsgərdən 5-i ölüb (bu qədər cəsəd geri qaytarılıb), 21 nəfər əsir götürülüb, 11 nəfər azad edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Ordumuzun bir leytenantl, bir giziri, bir MAXE-si və dörd əsgəri (7 hərbçi)  şəhid olub, 10 hərbçimiz  yaralanıb.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI