Modern.az

Dövlət başçısı: “Zəngəzur dəhlizi regionda müsbət mühit formalaşdıracaq”

Dövlət başçısı: “Zəngəzur dəhlizi regionda müsbət mühit formalaşdıracaq”

Qərbi Azərbaycan

14 Dekabr 2021, 19:35

“Regional nəqliyyat xətlərinin açılması bölgəmiz üçün çox vacibdir. Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasına çıxışla yanaşı, həmçinin Ermənistanın dəmir yolu xətləri ilə İranla birləşməsi üçün fürsətdir. Bu həm də Ermənistanın Azərbaycan üzərindən Rusiya ilə də əlaqəsini yaradır”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

 

“Ermənistanda bu dəmir yolu xətləri yoxdur. Bu həqiqətən də regionda müsbət mühit formalaşdıracaq”, - deyə dövlət başçısı bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI