Modern.az

“Avtomobil və dəmir yolunun tikintisi barədə razılığa gəlmişik" - İlham Əliyev

“Avtomobil və dəmir yolunun tikintisi barədə razılığa gəlmişik

Qərbi Azərbaycan

14 Dekabr 2021, 19:53

“Hazırkı mərhələdə Ermənistan ərazisindən keçməklə Azərbaycanın digər ərazilərindən Naxçıvan Muxtar Respublikasına dəmir yolu xəttinin, eləcə də avtomagistralın tikintisi barədə razılığa gəlmişik”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

 

“Lakin avtomobil yolunun marşrutu hələlik müəyyənləşdirilməyib. Bu, gələcək müzakirə mövzusudur. Biz bunu mütləq bu axşam Şarl Mişellə üçtərəfli görüşdə müzakirə edəcəyik”, - dövlət başçısı vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI