Modern.az

Azərbaycanın Gorus-Qafan yolundakı sərhəd postu istifadəyə verildi - FOTOLAR

Azərbaycanın Gorus-Qafan yolundakı sərhəd postu istifadəyə verildi - FOTOLAR

20 Dekabr 2021, 16:06

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qubadlı rayonunun Eyvazlı kəndindən keçən Gorus-Qafan yolu üzərində yerləşən buraxılış məntəqəsi əsaslı təmir olunaraq istifadəyə verilib.

Modern.az xəbər verir ki, məntəqə ilə tanışlıqdan sonra Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin əməkdaşı, polkovnik-leytenant Rəşad Məşədiyev AZƏRTAC-a bildirib ki, binada Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə xidmətinin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb:

“Burada dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin rəsmiləşdirilməsi, sənədlərin mərkəzləşdirilmiş elektron qeydiyyat sisteminə daxil edilməsi və digər sərhəd nəzarəti tədbirləri həyata keçirilir. Məntəqənin yerləşdiyi ərazinin mühafizəsi sərhəd döyüş məntəqələri tərəfindən həyata keçirilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI