Modern.az

Baş katib Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti qiymətləndirdi

Baş katib Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti qiymətləndirdi

27 Dekabr 2021, 11:36

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan sərhədində qeyri-sabitliyin davam etməsindən narahatdır. Modern.az xəbər verir ki, bunu təşkilatın baş katibi Stanislav Zas deyib.

"Biz ilk növbədə KTMT-yə üzv ölkələrin sərhədlərində böhranın artması, Rusiya və Belarusa təzyiq, Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı narahatıq", - deyə Zas bildirib.

Onun sözlərinə görə, təşkilat Cənubi Qafqazda vəziyyətin inkişafını diqqətlə izləyir və Ermənistan tərəfi ilə daim əlaqə saxlayır. Baş katib xatırladıb ki, o, bir neçə gün əvvəl İrəvandan qayıdıb və orada Ermənistan rəhbərliyi ilə mövcud vəziyyəti hərtərəfli müzakirə edib.

“Mən Qarabağda çox mühüm sülhməramlı missiyanı yerinə yetirən və tərəflərin razılığı ilə faktiki olaraq qanlı müharibənin nəticələrinin həllində vasitəçi rolunu öz üzərinə götürən Rusiya Federasiyasının səylərini yüksək qiymətləndirirəm".

Zasın sözlərinə görə, KTMT əmindir ki, sərhəd mübahisələri müstəsna olaraq siyasi və diplomatik üsullarla həll ediləcək.

“Təşkilat iki dövlət arasında dövlət sərhədinin delimitasiyası və sonradan demarkasiyası üzrə komissiyanın yaradılması ilə bağlı noyabrın 26-da üçtərəfli bəyanatda yer alan Ermənistan və Azərbaycanın niyyətlərini dəstəkləyir”, - Zas vurğulayıb.

O, Ermənistan hökumətinin vəziyyətin siyasi və diplomatik yolla həlli istiqamətində atdığı addımları dəstəklədiyini bildirib. Təşkilat bunu yeganə həll yolu hesab edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI