Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşü yanvarın 14-də baş tutacaq.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat yayıb.
Görüşün Moskvada baş tutacağı qeyd olunur.
Xatırladaq ki, Türkiyə və Ermənistan bir müddət öncə iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr təyin edib. Türkiyəni Serdar Kılıç və Ermənistanı isə Ruben Rubinyan təmsil edir.
Akif İsmayılov