Modern.az

Rusiya XİN-dən Azərbaycan-Ermənistan münaqişəsinə dair yeni BƏYANAT

Rusiya XİN-dən Azərbaycan-Ermənistan münaqişəsinə dair yeni BƏYANAT

21 Yanvar 2022, 14:00

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, eləcə də regionda nəqliyyat və iqtisadi əlaqələrin blokadasının götürülməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında mühüm irəliləyişlərə səbəb olacaq.

Modern.az xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib.

“Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində Rusiya 2022-ci ildə qarşısına hansı vəzifələr qoyub” sualına cavab olaraq XİN-in açıqlamasında deyilir ki, rəsmi Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin bəyanatlarında əksini tapan üçtərəfli sazişlərin tam icrası zərurətindən çıxış edir.

Söhbət 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlardan gedir.

“Bu gün prioritet vəzifələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, o cümlədən regionda nəqliyyat kommunikasiyaları və digər iqtisadi əlaqələrin qurulmasıdır. Bu sahələrdə irəliləyişin əldə edilməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında əhəmiyyətli rol oynayacaq”, - deyə bəyanatda vurğulanıb.
 

Xarici oyunçuların fəal olduğu Cənubi Qafqazın gələcəyinə gəlincə, Rusiya XİN qeyd edib ki, Moskva İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması, eləcə də regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi prosesinə qoşulmaq istəyən hər kəsin niyyətinə müsbət yanaşacaq.

Rusiya XİN hesab edir ki, xarici oyunçular münasibətlərin normallaşdırılması üçün tərəflərin maraqlarından çıxış etməli və üçtərəfli razılaşmaları nəzərə almalıdırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI