Modern.az

Ermənistan 100-ə yaxın cəsədi tanıya bilmir

Ermənistan 100-ə yaxın cəsədi tanıya bilmir

Qərbi Azərbaycan

24 Yanvar 2022, 15:32

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan etiraf edib ki, 44 günlük II Qarabağ Müharibəsində ölmüş hərbçilərə məxsus bəzi cəsəd qalıqlarının şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, nazir hətta DNT analizindən istifadə etməklə də həmin cəsədlərin kimə məxsus olduğunu müəyyənləşdirməyin çətin olduğunu vurğulayıb.

O bildirib ki, Qarabağda ölmüş əsgərlərin qalıqlarının 100-ə yaxın nümunəsi adsız qalmaqda davam edir.

“Bir sıra hallarda Hollandiyadan olan həmkarlar erməni mütəxəssislərə kömək ediblər və cəsəd qalıqlarının şəxsiyyəti müəyyən edilib", - Avanesyan bildirib.

Nazir deyib ki, çətin hallarda erməni tərəfi xarici mütəxəssislərin köməyinə müraciət edib.100-ə yaxın nümunə ilə bağlı isə xarici mütəxəssislər də kömək edə bilməyib.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsinin 2021-ci il dekabrın 24-nə olan məlumatına görə, Qarabağda 44 günlük müharibə zamanı həlak olan erməni hərbçilərin və mülki şəxslərin sayı 3808 nəfər təşkil edir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI