Modern.az

Erməni əsgərin ölümünə görə iki hərbçi SAXLANILDI

Erməni əsgərin ölümünə görə iki hərbçi SAXLANILDI

Qərbi Azərbaycan

21 Mart 2022, 14:28

Ermənistan ordusunun əsgəri Albert Siroyanın ölümü ilə bağlı bir sıra hallar müəyyən edilib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

Bundan əvvəl bildirilmişdi ki, martın 16-da saat 21:10 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin döyüş mövqeyindəki çağırışçı əsgəri, sıravi Albert Siroyan AK-74 avtomatından çənə nahiyəsinə açılan atəş nəticəsində ölüb.

 

Araşdırmalar çərçivəsində mərhumun iki əsgər yoldaşı saxlanılıb. Onlardan biri Cinayyət Məcəlləsinin (CM) 359-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli bilinən çağırışçı, ikincisi, CM-nin 375-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli bilinən kiçik çavuşdur.

 

İstintaq davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI