Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bazar ertəsi ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeyllə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşün təfərrüatları barədə məlumat açıqlanmayıb, mətbuat xidməti daha sonra məlumat verəcəyini vəd edib.
Qeyd edək ki, Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Qarabağ üzrə sülh prosesinin bərpa olunmasına tərəfdar olduğunu bildirib.
Bu arada, aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ nizamlanmasında iştirak edən ATƏT-in Minsk qrupu həmsədrlərinin üçlüyünün aqibətinin necə olduğunu bilmədiyini bildirib. Onun sözlərinə görə, bu qeyri-müəyyənliyin səbəbi Rusiya Federasiyası ilə bu formatda əməkdaşlıqdan imtina edən ABŞ və Fransanın mövqeyindədir.