Modern.az

Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatın lokomotivinə çevrilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatın lokomotivinə çevrilir

Qərbi Azərbaycan

22 Aprel 2022, 10:08

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri tanış olub. Ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.
 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, Füzuli rayonunun ərazisinin əhəmiyyətli hissəsinin 27 ildən çox işğal altında qalması rayonun suvarma suya olan tələbinin ödənilməsində çətinliklər yaradıb:

 

"Xüsusən də yay mövsümündə olan müraciətlərin bir qismi məhz suvarma su təminatı ilə bağlı olur. İşğaldan azad olunan ərazilərimizdə su hövzələrinin qısa zamanda bərpası istiqamətində həyata keçirilən işlər Qarabağda suvarma suya olan tələbin ödənilməsi baxımından vacib idi. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə 9 su anbarı tikilir və ya təmir olunur".
 

"Azərbaycanın mineral və suvarma su ehtiyatlarının təxminin ¼-i işğaldan azad olunan ərazilərimizin payına düşür. Bu Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı baxımdan vacib faktorlardan biridir. Bütövlükdə, azad edilmiş torpaqlarımızın həm istehsal, həm kənd təsərrüfatı potensialı böyükdür. Bu baxımdan bərpa işlərlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çevriləcək.

Bu potensialın reallaşması nəticəsində həmin ərazilərimizin Ümumi Daxili Məhsul İstehsalında payında da artım müşahidə olunacaq. Gözlənilir ki, bərpa prosesindən sonra həmin bölgələrimizdə məhsul istehsalının formalaşması Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatındakı payının 8 faizədək yüksəlməsinə gətirib çıxaracaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI