Modern.az

Paşinyan Təhlükəsizlik Şurasını iclasa yığır - Qarabağ müzakirə olunacaq

Paşinyan Təhlükəsizlik Şurasını iclasa yığır - Qarabağ müzakirə olunacaq

Qərbi Azərbaycan

27 Aprel 2022, 11:10

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirmək niyyətindədir.

Modern.az xəbər verir ki, məlumatı “Hraparak” qəzeti yayıb. İclasın cümə günü baş tutacağı gözlənilir.

Qeyd olunur ki, iclas Qarabağ separatçılarının “təhlükəsizlik şurası”nın iştirakı ilə keçiriləcək.

Qəzet yazır ki, Ermənistanın hökumət başçısı Qarabağla bağlı bu yaxınlarda verdiyi bəyanatları redaktə etmək, Xankəndidəki separatçıların rəhbərliyini sakitləşdirmək, onları Qarabağı Azərbaycana təslim etməyəcəyinə inandırmaq istəyir.


Bununla yanaşı, “Hraparak” onu da yazır ki, Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq planlarından əl çəkməyib. Və görüşün əslində başqa məqsədi var:  baş nazir öz məsuliyyətini Qarabağ separatçılarının rəhbərliyi də daxil olmaqla, qalanlarla “bölməyə” çalışacaq.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI