Modern.az

Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri GÖRÜŞƏCƏK

Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri GÖRÜŞƏCƏK

Qərbi Azərbaycan

21 May 2022, 11:40

“Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupun fəaliyyəti məhsuldardır”.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

 

Onun sözlərinə görə, tərəflər bəzi məsələlərdə razılığa gələ biliblər, buna baxmayaraq, fikir ayrılıqları da var.

 

“Konsensuslar var, lakin fikir ayrılıqları da mövcuddur. Görüşlərimiz zamanı həll yollarını tapmağa çalışırıq”, - Qriqoryan Rusiya mətbuatına müsahibəsində deyib.

 

Ermənistan rəsmisi qeyd edib ki, Üçtərəfli İşçi Qrupun növbəti görüşünün vaxtı yaxın günlərdə razılaşdırılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI