Modern.az

Ermənistanda nikahlar azalıb, boşanma artıb

Ermənistanda nikahlar azalıb, boşanma artıb

Qərbi Azərbaycan

14 İyun 2022, 08:49

Ermənistanda nikahların sayı azalıb.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, rəsmi məlumata görə, 2022-ci ilin yanvar-aprel aylarında Ermənistanda 5229 nikah qeydə alınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% azdır.

 

Bunun səbəbi cəmiyyətdəki sosial-iqtisadi problemlər, neqativ gözləntilər, eləcə də təhlükəsizlik məsələləri ilə izah edilir.

 

Evliliklərin sayı azaldıqca, boşanmaların da sayı artır. Yanvar-aprel aylarında Ermənistanda 1492 boşanma qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.

 

Bu, demoqrafik problemlərin kəskinləşməsinə səbəb olub: yanvar-aprel aylarında Ermənistanda 10 869 uşaq doğulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% azdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI