Modern.az

Ceyhun Bayramov Daşkənddə Zəngəzur dəhlizini gündəmə gətirdi

Ceyhun Bayramov Daşkənddə Zəngəzur dəhlizini gündəmə gətirdi

Qərbi Azərbaycan

2 Avqust 2022, 13:04

Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Özbəkistan və Türkiyə XİN başçıları ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

“Biz əminik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin canlandırılması, Zəngəzur dəhlizi də daxil olmaqla, regiondakı bütün nəqliyyat dəhlizlərinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək”, - XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, bu gün Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI