Modern.az

Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq

Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq

Qərbi Azərbaycan

18 Avqust 2022, 15:46

Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə qeyd olunub.

 

Təklif olunan layihəyə əsasən, avtomobillər üçün nəzərdə tutulan sərhəd-keçid məntəqələrinin sayı artırılacaq.

 

Belə ki, Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazdəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələrinin açılması nəzərdə tutulur.

 

Layihənin qəbulu baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu