Modern.az

Ermənilərin Laçından çıxarılma vaxtı uzadılıb? - İDDİA

Ermənilərin Laçından çıxarılma vaxtı uzadılıb? - İDDİA

Qərbi Azərbaycan

19 Avqust 2022, 16:55

Azərbaycan tərəfinin tələbi ilə avqustun 3-dən Laçın şəhəri, Zabux və Sus kəndlərindəki qanunsuz məskunlaşmaya son qoyulması, “Laçın dəhlizi”nə alternativ yolun işə salınması məsələsi qaldırılıb. Eyni zamanda, həmin ərazilərdə yaşayan ermənilərə evləri tərk etmək üçün avqustun 25-dək vaxt verilib.

Azərbaycan hərbçiləri avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olmalı, Rusiya sülhməramlıları isə oranı tərk etməlidir.

Bu yaşayış məntəqələrində qanunsuz yaşayan ermənilər artıq əşyalarını köçürür, bəziləri məskunlaşdıqları evi yandırıb oranı tərk edir.

Xəbərə görə, dünəndən Zabuxda işıq yoxdur, “Vivacell” və “Karabakh Telecom”un telefon əlaqələri kəsilib, qaz daha əvvəl dayandırılıb.

“Karabak Telecom”un qülləsini Zabuxdan söküb apardığı bildirilir.

Erməni mətbuatı yazır ki, “Laçın dəhlizi”nə alternativ yolun Ermənistan ərazisinə düşən hissəsi sentyabrın 1-nə kimi müvəqqəti istifadə üçün hazır vəziyyətə gətiriləcək, onun tam təmiri isə 10 aydan sonra başa çatacaq.

Bu arada Ermənistan mətbuatı onu da iddia edir ki, Rusiya sülhməramlılarının səyləri nəticəsində Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz yaşayan ermənilərin təxliyə vaxtı uzadılıb.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Rusiya sülhməramlılarının apardığı danışıqlardan sonra ermənilərə Laçından çıxmaq üçün verilmiş müddət avqustun 25-dən sentyabrın 1-nə çəkilib.

Azərbaycan tərəfinin iddiaya münasibəti hələ ki yoxdur.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu