Modern.az

Zabux sakinləri İlham Əliyevə müraciət etdilər

Zabux sakinləri İlham Əliyevə müraciət etdilər

Qərbi Azərbaycan

20 Avqust 2022, 09:32

Laçın rayonunun Zabux kəndindən olan bir qrup sakin Prezident İlham Əliyevə müraciət edib.

Modern.az xəbər verir ki, hazırda Sumqayıt şəhərində məskunlaşmış zabuxlular yazırlar:

"...Hörmətli cənab Prezident, biz Laçın rayonunun Zabux kəndinin sakinləriyik. Doğma kəndimizin azad olunması üçün ortaya qoyduğunuz qətiyyətli mövqe bütün xalqımız kimi, bizi də çox qürurlandırdı. Laçın şəhərinin, Zabux və Sus kəndlərinin sakinlərinin doğma yurd-yuvalarına qaytarılması ilə bağlı bu yaxınlarda səsləndirdiyiniz fikirlər sevincimizi daha da artırdı. Buna görə kəndimizin bütün sakinləri adından Sizə minnətdarlıq edir, ölkəmizin uğurlu gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq”.


Müraciətə Zabuxdan olan 120 sakin imza atıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu