Ermənistanda hərbçi yol qəzasında ölüb.
Modern.az erməni KİV-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Zəngəzur bölgəsində baş verib.
23 yaşlı Pavlik B-nin idarə etdiyi avtomobil yolun hərəkət zolağından çıxararaq, metal maneələrə çırpılıb. Nəticədə sürücü yerindəcə keçinib.
Məlumata görə, Pavlik Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edirmiş.