Modern.az

Paşinyan Zəngəzurda dəhliz yox, yol aça biləcəklərini söylədi

Paşinyan Zəngəzurda dəhliz yox, yol aça biləcəklərini söylədi

Qərbi Azərbaycan

13 Sentyabr 2022, 12:08

Ermənistan öz ərazisində heç kimə dəhliz yaratmaq fikrində deyil, lakin bütün qonşuları, o cümlədən Azərbaycan üçün kommunikasiyalar açmağa hazırdır.

Modern.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.


“Biz Ermənistan və Azərbaycan da daxil olmaqla, regionun bütün dövlətlərinin bu marşrutlardan istifadə edə biləcəyi məntiqi ilə yollar açmağa hazırıq”, - Paşinyan bildirib.


Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Moskvada keçirilən görüşü zamanı regional kommunikasiyaların açılması barədə razılıq əldə olunub. Bu məqsədlə tərəflər üç ölkənin baş nazirinin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına diqqət yetirəcək işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər. İşçi qrupun son iclası bu il sentyabrın əvvəlində Moskvada baş tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu