Modern.az

Ermənilərdən ETİRAF: “Sünikdə və Geqarkunikdə mövqe itkilərimiz var”

Ermənilərdən ETİRAF: “Sünikdə və Geqarkunikdə mövqe itkilərimiz var”

Qərbi Azərbaycan

15 Sentyabr 2022, 09:40

Sentyabrın 13-də Azərbaycanla dövlət sərhədində baş verən hərbi insident  nəticəsində Ermənistan tərəfi həm Sünikdə (Zəngəzir-red.), həm də Geqarkunikdə (Göyçə-red.) mövqe itkiləri verib.

Modern.az xəbər verir ki, bunu Ermənistanın “Sünik şəhəri”nin keçmiş qubernatoru, eləcə də müdafiə nazirinin sabiq müşaviri Melikset Poqosyan “Hraparak” qəzetinə açıqlamasında deyib.

Zəngəzur vilayətinin İşxanasar (Qızılcıq-red.) kəndi bölgəsində mövqe dəyişikliyi ilə bağlı xəbərləri təkzib etməyən Melikset Poqosyan “müharibədə hər şey mümkündür” deyib.
 

“Hraparak” söhbətin hansı miqyasdakı mövqe dəyişikliklərindən getdiyini aydınlaşdırmağa çalışarkən M.Poqosyan belə cavab verib: "İndi bunu sizə deyə bilmərəm".


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu