Azərbaycan hərbçiləri Ermənistanın dövlət sərhədindəki genişmiqyaslı təxribatının qarşısını alarkən könüllü qadın döyüşçü Susanna Marqaryanı məhv edib.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məlumatında deyilir.
“Könüllü döyüşçü Susanna Marqaryan dünən Cermuk bölgəsində öldürülüb”.
Xəbərdə bildirilir ki, Susanna Marqaryan Razmik Petrosyanın yaratdığı könüllü dəstənin üzvü kimi cəbhə bölgəsinə gedibmiş.
Məlumata o da əlavə olunub ki, S.Marqaryan Birinci Qarabağ müharibəsində də Azərbaycana qarşı döyüşüb.
A.Qorxmaz