Modern.az

XİN Paşinyanın təkliflərinə CAVAB VERDİ

XİN Paşinyanın təkliflərinə CAVAB VERDİ

Qərbi Azərbaycan

17 Oktyabr 2022, 13:44

"Ermənistan 2020-ci il noyabrın 1-da imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır".

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində edilən paylaşımda bildirilib.

 

Nazirlikdən qeyd olunub ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.

 

Qeyd edək ki, Nikol Paşinyanın tvitter hesabında paylaşdığı məlumata görə, Ermənistan hökuməti üç ay öncə Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində üç nəzarət-buraxılış məntəqəsinin yaradılması haqqında qərar verib. Onun sözlərinə görə, Ermənistan Azərbaycandan müsbət cavab gözləyir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu