Modern.az

İran bu gün Zəngəzurda baş konsulluğu rəsmən AÇIR

İran bu gün Zəngəzurda baş konsulluğu rəsmən AÇIR

21 Oktyabr 2022, 09:38

Bu gün Zəngəzur vilayətinin Qafan şəhərində İranın Baş Konsulluğunun açılış mərasimi keçiriləcək.

Modern.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullohian bu məqsədlə dünəndən Ermənistanda rəsmi səfərdədir. O, konsulluğun açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birlikdə iştirak edəcək.


Maraqlıdır ki, konsulluq binasında abadlıq işləri hələ başa çatmayıb, lakin ehtimal ki, İran tərəfinin təşəbbüsü ilə onun təntənəli mərasimlə açılması barədə qərar qəbul edilib.


Xatırladaq ki, İran hökuməti hələ 2021-ci ilin dekabrında Zəngəzurda baş konsulluğun açılması barədə qərar qəbul etmiş və bundan sonra Abedin Varamini İranın Qafana baş konsulu təyin etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir