Modern.az

Putin, Əliyev və Paşinyanın görüşü keçiriləcək

Putin, Əliyev və Paşinyanın görüşü keçiriləcək

24 Oktyabr 2022, 10:20

Yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli formatda görüş keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” nəşri yazıb.

Qeyd edilib ki, iclasa hazırlıq oktyabrın 14-də keçirilmiş MDB-nin Astana sammitindən sonra başlayıb.
 

Rusiya nəşrinin diplomatik mənbədən əldə etdiyi məlumata görə, üçtərəfli görüşün oktyabrın son günlərində Soçidə keçiriləcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı