Modern.az

Sərhəd döyüşlərində 240 nəfər itirmişik - Alen Simonyan

Sərhəd döyüşlərində 240 nəfər itirmişik - Alen Simonyan

26 Oktyabr 2022, 13:06

Ermənistan parlamentinin spikeri Alen Simonyan sentyabr döyüşlərində verdikləri itkilərdən danışıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Simonyanın sözlərinə görə, sentyabrın 13-14-də sərhəddə baş vermiş döyüşlərdə erməni tərəfinin itkiləri 240 nəfər olub.

Spiker deyib ki, Ermənistan sərhədlərlə bağlı əvvəllər götürdüyü öhdəliklərin tam şəkildə yerinə yetirilməsini istəyir və bunun üçün hər şeyi edəcək.

“Burada emosiyalar yoxdur. Sadəcə öhdəliklər var və biz onların icrasına baxacağıq. Biz öz sərhədlərimizi hər cür qorumağa çalışacağıq”, - Simonyan deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir