Modern.az

Paşinyan ilin sonuna kimi sülh müqaviləsi imzalamaq İSTƏYİR

Paşinyan ilin sonuna kimi sülh müqaviləsi imzalamaq İSTƏYİR

Qərbi Azərbaycan

26 Oktyabr 2022, 17:22

Rusiya və Azərbaycan liderləri ilə qarşıdakı görüşdə fəal müzakirə edilməli olan çoxlu məsələlər var.
 

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.


Onun sözlərinə görə, Ermənistan bu ilin sonuna kimi Azərbaycanla sülh müqaviləsini imzalamaq istəyir.

Paşinyan Azərbaycan ilə sülh müqaviləsi imzalanmadan əvvəl sərhəddə delimitasiya prosesinin tamamlanmasina ümid etdiyini də söyləyib.

"Arzu edirəm ki, ilin sonuna qədər sülh sazişi imzalansın. Bu nə dərəcədə realdır, deyə bilmərəm. Amma biz bunu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik". 
 
O qeyd edib ki, mühüm bir hal var və saziş imzalanana qədər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlər yekunlaşdırılmalıdır. 

“Nəzərə alsaq ki, Praqada bu prosesin 1991-ci il sərhədləri əsasında aparılacağına dair razılıq əldə olunub, o zaman bu, reallıq ola bilər".

Baş nazir deyib ki, Azərbaycanla Qarabağ erməniləri arasında dialoq başlanmalıdır ki, bu da beynəlxalq səviyyədə görünsün:
 

"Bu, Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün çox vacib haldır, görünən mexanizmlər olmalıdır”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı "yol xəritəsi"nin qəbulunu gözləyir.


"Yaxın vaxtlarda hesabatın müzakirəsi üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyik. Ümid edirəm ki, görüş ən qısa zamanda baş tutacaq". 
 
Paşinyanın sözlərinə görə, Ermənistan "KTMT-nin aydın siyasi qiymət verəcəyini və Ermənistanın ərazi bütövlüyünün bərpası ilə bağlı "yol xəritəsi"ni qəbul edəcəyini" gözləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!