Modern.az

Paşinyan: “Rusiyanın təklifləri əsasında işləməyə razılıq vermişik”

Paşinyan: “Rusiyanın təklifləri əsasında işləməyə razılıq vermişik”

28 Oktyabr 2022, 10:25

Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan tvitterdə yazıb.


“Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”.

Xatırladaq ki, oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya, Ermənistan liderləri - İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir