Modern.az

Putin-Paşinyan-Əliyev görüşündə hansı sənəd imzalanacaq? - AÇIQLAMA

Putin-Paşinyan-Əliyev görüşündə hansı sənəd imzalanacaq? - AÇIQLAMA

Qərbi Azərbaycan

29 Oktyabr 2022, 11:21

Hakim “Mülki müqavilə” fraksiyasının deputatı Xaçatur Sukiasyan hesab edir ki, Ermənistan və Azərbaycan liderlərinin qarşıdan gələn görüşündə - 31 oktyabrda sülh müqaviləsi imzalanmayacaq.

Modern.az xəbər verir ki, o, bunu “Mülki müqaviləsi” partiyasının VI qurultayı öncəsi jurnalistlərə müsahibəsində deyib.
 

"Oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş keçiriləcək.

 

Ola bilsin ki, razılıq əldə olunsun, amma bildiyimə görə, sülh müqaviləsinin imzalanması nəzərdə tutulmayıb. Ola bilsin ki, hansısa başqa sənəd imzalansın", - deputat bildirib.


Eyni zamanda, o, mətbuata istinadla bəyan edib ki, Ermənistan tərəfi sazişin "Rusiya variantı"nı imzalamağa meyllidir. Deputatın sözlərinə görə, "Qərb variantı" mədəni müstəqilliyi nəzərdə tutur, "Rusiya sənədi" isə status-kvonu saxlayır və Qarabağ məsələsi üzrə danışıqları davam etdirir.
 

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin oktyabrın 27-də Valday klubunun iclasında qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin "Vaşinqton variantı" Bakının Qarabağ üzərində suverenliyini nəzərdə tutur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!