Modern.az

Paşinyan “Zəngəzur dəhlizi”nə “yox”, Rusiya sülhməramlılarına \"hə\" dedi

Paşinyan “Zəngəzur dəhlizi”nə “yox”, Rusiya sülhməramlılarına \

29 Oktyabr 2022, 12:36

Ermənistanın baş naziri və “Mülki müqavilə” partiyasının lideri Nikol Paşinyan ölkəsi üçün 2026-cı ilə kimi hərtərəfli və uzunmüddətli sülhün yaradılmasını prioritet elan edib.
 

Modern.az xəbər verir ki, o, bu barədə fikrini partiyanın bu gün keçirilən qurultayında səsləndirib.
 

Paşinyanın sözlərinə görə, ikinci prioritet yüksək keyfiyyətli və sərfəli təhsil sisteminin yaradılması, üçüncüsü isə güclü və peşəkar ordunun formalaşdırılması olmalıdır.
 

"Əgər əvvəllər bizim prioritetimiz ölkədə demokratiyanın bərqərar olması idisə, indi Ermənistanın ətrafında sülhün təmin edilməsidir. Bu, xüsusilə dünya düzəninin dağıldığı bir şəraitdə asan məsələ deyil".
 

Paşinyan hesab edir ki, sülhə nail olmaq üçün Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli iki üçtərəfli bəyanatın bütün müddəalarını həyata keçirmək lazımdır.

O, Qarabağ münaqişəsinin də qəti həllinə çatdırılmasını vacib sayıb. Bu kontekstdə baş nazir qeyd edib ki, bütün tərəflər razılaşmaların həyata keçirilməsinin zəruriliyindən danışırlar, lakin bu razılaşmaların fərqli şərhlərinin olmaması vacibdir. O, bir daha bəyan edib ki, Ermənistan öz suveren ərazisində dəhliz yaratmayacaq.
 

Paşinyan Azərbaycanla fikir ayrılıqlarını izah edib. Onun sözlərinə görə, Bakı Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yolun Rusiya tərəfindən idarə olunmasında təkid edir, lakin İrəvan və Moskva bununla razılaşmır, onlar yekdil fikirdədirlər ki, nəzarət Ermənistanda olmalıdır.
 

Paşinyan oktyabrın 31-də Soçidə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə sənədi imzalamağa hazır olduğunu da bildirib.

“Əlbəttə, biz Rusiya sülhməramlılarının fəaliyyətini davam etdirmələrini istəyirik, mən Soçidə rəsmi olaraq sənəd imzalamağa hazıram ki, onların Dağlıq Qarabağdakı missiyası heç bir şərt olmadan 10-15-20 il müddətinə uzadılsın”.

Paşinyan deyib ki, Rusiya Federasiyasının Prezidenti də bu təklifi dəstəkləməlidir.

O, həmçinin, konkret adlar çəkmədən qeyd edib ki, Ermənistan cəmiyyətində belə təsəvvür yaratmağa çalışırlar ki, guya Rusiyanın Ermənistan üçün faydalı təklifi var, Qərbin isə yoxdur, lakin ölkə hökuməti Rusiyanın proqramını rədd edir və Qərbin təklifini qəbul edir.
 

"Bağışlayın, amma bunun reallıqla heç bir əlaqəsi yoxdur", - baş nazir deyib.

O qeyd edib ki, iki anlayış var - Rusiya və Qərb, lakin Ermənistan Rusiyanın təklifi ilə razılaşıb və 2021-ci ilin yanvarında sazişlərə prinsipial razılığını verib. Onun sözlərinə görə, bu sazişlərin fundamental müddəası Rusiyanın Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olması idi.


“Bu plan 2021-ci ilin avqustunda Ermənistana təqdim edilib və sentyabrda biz razılığımızı vermişik və əgər Rusiya vasitəçi kimi onun təqdim etdiyi 15 bəndlik təkliflər əsasında sənəd təklif edərsə, o zaman onu imzalamağa hazırıq”, - Paşinyan bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi